17 hektarlıq ərazidə 1900 m2 qapalı sahəsi olan BAUMANN banan tullatılarının təkrar emalı müəssisəsi Alanya Bələdiyyəsinin dəyərli töhfəsi və Antalya Vilayəti Qida, Kənd Təsərrüfatı və Heyvandarlıq Təsərrüfatı İdarəsi tərəfindən ayrılan qrant dəstəyi ilə yaradılmışdır. Müəssisənin əsas məqsədi Türkiyənin əhəmiyyətli istehlak təyinatlı meyvəsi olan bananın meyvə yığıldıqdan sonra qalan bitki tullantılarının təkrar emal edilməklə yenidən iqtisadiyyata qaytarılması, banan ağacının kötüyü və budaqlarından xammal kimi istifadə etməklə bərk və maye halda bitki mənşəli üzvi və mikrobial gübrələr istehsal etməkdir.
Müəssisənin illik istehsal həəcmi: 2873 ton/il bərk halda gübrə, 7056 ton/il maye halda gübrə.
İnvestisiya qoyuluşunun həcmi: 10 milyon TL / 2018