Baumann firması 3 illik Ar-Ge (Araşdırma və Təkmilləşdirmə) və sınaq araşdırmalarından sonra banan bitkisinin şirəsi və pulpasından istifadə edərəkən son texnologiya ilə üzvi mikrobial (tərkibində canlı faydalı bakteriyalar olan) gübrələrin istehsalına başladı.

BMUSA adı ilə MİKROBİAL, ÜZVİ, ÜZVİ-MİNERAL və BİTKİ QİDALANDIRMA məhsulları ilə məhsuldar kənd təsərrüfatının “əvəzsiz”i – 50% əsas qida maddələri (N, P, K), 30% üzvi maddələr, 20% mikroorqanizmlər düsturundan istifadə etməklə torpağın pH və üzvi maddələr nisbətini dəstəkləməklə BMUSA gübrələri köklü həll təqdim edir.