ÜZVİ TURŞU KOMPLEKSİ

Üzvi Turşu Kompleksi kimi istehsal edilən BMusa AntiSalt torpaqdakı əhəngi bitkinin qəbul edə biləcəyi kalsiuma çevirir və əhəngli suların PH səviyyəsini aşağı salır. Kalsiumlu yarpaq gübrələrindən istifadə etməyə ehtiyac olmur.

Damcılatma və ya axın suyu ilə suvarmanın tətbiq edildiyi torpaqlarda gübrələrdən davamlı və lüzumsuz istifadə nəticəsində və ya müxtəlif səbəblərdən duz və əhəng yığılması baş verir. Belə hallarda bitkilərin torpaqdan qida qəbul etməsi çox çətin olur və ya ümumiyyətlə baş vermir. Torpaqda olan əhəngin birləşdirdiyi dəmir, sink və fosforun bitki tərəfindən mənimsənilməsini təmin edir. Torpaqda olan bitki qidası elementlərinin həll olunmasının təmin edilməsi və torpağa verilən gübrələrdən istənilən nəticəni ən yaxşı şəkildə almaq üçün gübrələmə işindən  əvvəl torpağa mütləq BMusa Anti-Salt tətbiq edilməlidir.

Qələvili və əhəngli torpaqlarda suyun və torpağın pH-nı tənzimləyərək, torpaqda olan, lakin bitki tərəfindən mənimsənilə bilməyən makro və mikro qida elementlərini  bitkinin mənimsəyə biləcəyi formaya salır və onların bitkiyə daşınmasını təmin edir.

Turgor təzyiqini tənzimləyir, damar dəstələrini rahatlaşdırır, bitkidə fito toksikliyi azaldır. Vegetativ və generativ hissələrin inkişafını tənzimləyir.

 

 

BİTKİNİN ADI
Tətbiq Vaxtı və Tətbiq Olunmalı Doza
Pomidor, bibər, xiyar, badımcan
Əkindən əvvəl və sonra suvarma suyuna 1l/da
İstixana, açıq sahə tərəvəzləri
Əkindən əvvəl və sonra suvarma suyuna 1l/da
Yemiş, qarpız, balqabaq və s.
Əkinlə birlikdə dekara 1- 1,5 l/da
Meyvələrdə
Çiçək açdıqdan sonra damcılatma və ya axın suyu ilə 2 l/da tətbiq edilir.
Portağal, banan, zeytun
Damcılatma və ya axın suyu ilə 2 l/da olmaqla tətbiq edilir.
Sənaye bitkiləri, yağlı bitkilər, pambıq, günəbaxan, qarğıdalı və s.
Əkinlə birlikdə damcılatma və ya axın suyuna 2 l/da