BMusa Ferti – Üzvi-mineral gübrə özündə çox zəngin mineral növləri ehtiva edən və üzvi yolla əldə edilən gübrə növüdür.
Mineral anbarı olan bu üzvi gübrələrdən istifadə etməklə məhsuldarlığı artıra bilərsiniz.
BMUSA markalı məhsulların əsas komponenti banan ağacı gövdəsinin şirəsidir.
Banan ağacı tullantılarının təkrar emalı müəssisəmizdə son zamanlara qədər tullantı kimi tanınan banan gövdələrindən texnoloji proseslərdən sonra əldə edilən bitki şirələri yabanı bakteriyalar, xəstəliklər, mikroblar və s. zərərvericilərdən təmizlənmək üçün sterilizasiya edilir və lazımi minerallarla zənginləşdirilir.
Tərkibində böyük miqdarda mikroelementlər olan banan ağacının gövdəsinin şirəsi bitkilər tərəfindən asanlıqla sorulur və bitkiyə lazım olan komponentləri sürətlə mənimsənilməsinə kömək edir.
BMusa gübrələri torpağı yaxşılaşdırır, məhsuldarlığı və məhsulun keyfiyyəti artırır.
BMusa mikrobial gübrələrlə yaxşı birləşir. Üzvi maddələr baxımından zəngin olmayan torpaqların fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini yaxşılaşdırmaqla, faydalı bakteriyalar üçün ideal yaşayış şəraiti təmin edir.