TƏRKİBİNDƏ AMİN TURŞUSU OLAN MAYE HALDA ÜZVİ GÜBRƏ
Bitkidə protein istehsalını artırır. Vitaminləri və mikroelementləri birləşdirir. Koferment və apofermentin əmələ gəlməsini artırır. Kökün inkişafını və çiçək əmələ gəlməsini sürətləndirir. Bitkini donmaqdan qoruyur, donun zərərini azaldır.
Tərkibindəki sıx üzvi maddələr və karbonla bitkinin effektiv qidalanmasına kömək edir və tərkibindəki maddələr IBA hormonu istehsal edən BMusa mikrobial gübrədə olan bakteriyaları stimullaşdırır və kökün inkişafını sürətləndirir. Yüksək üzvi tərkibi ilə sintetik gübrələrin istifadəsi nəticəsində yaranan neqativ halları aradan qaldıraraq torpağın məhsuldarlığını artırır. Torpağın təbii strukturunu qorumaq və məhsuldarlığı artırmaq üçün BMusa AMINO ACID Multi Plus istifadə edilməlidir.
İstifadə sahəsi | Yarpaq vasitəsilə tətbiqi | Torpaq vasitəsilə tətbiqi |
Tərəvəzlər (badımcan, bibər, pomidor) | 100 l suya 250-300 ml məhsil əlavə edib tərəvəz əkinindən 2 həftə sonra tətbiq edilir. 20 gün fasilə ilə 3-4 dəfə təkrarlanır. | 2 l/da tərəvəz əkini ilə birlikdə tətbiq edilməyə başanılır. 15-25 gün fasilə ilə 2-3 dəfə təkrar edilir. |
Sitrus meyvələri | 100 l suya 300 ml doza ilə meyvə özünü tutduqdan sonra 20 gün fasilə ilə 3-4 dəfə təkrarlanır. | 2-3 l/da doza ilə çiçəkləmə dövründən başlayaraq 15-25 gün fasilə ilə tətbiq olunur. |
Meyvə ağacları (alma, armud və s) | 100 l suya 300 ml doza ilə meyvə özünü tutduqdan sonra 20 gün fasilə ilə 3-4 dəfə təkrarlanır. | 2-3 l/da doza ilə çiçəkləmə dövründən başlayaraq 15-25 gün fasilə ilə tətbiq olunur. |
Tarla bitkiləri | 100 l suya 250-300 ml məhsul əlavə edib əkin dövründən bitkinin boyu 15 sm olana qədər 2 dəfə tətbiq olunur. | 2 l/da dozada hər bir suvarma zamanı tətbiq olunur. |
Üzüm | 100 l suya 250 ml dozada yarpaq əmələ gəldikdən sonra kal dövrünə qədər 2 dəfə tətbiq olunur. | 1,5-2 l/da dozada yarpaq əmələ gəldikdən sonra 2 dəfə tətbiq olunur. |
Günəbaxan, qarğıdalı, pambıq, kanola | 100 l suya 300 ml dozada bitkidə 3-5 yarpaq çıxdıqdan sonra 20 gün fasilə ilə 2-3 dəfə tətbiq edilir. | 2-3 l/da dozada 20 gün fasilə ilə 2 dəfə tətbiq edilir. |
Çiyələk | 100 lt suya 250 ml dozada əkildikdən sonra 20 gün fasilə ilə 2-3 dəfə tətbiq edilir. | 2 l/da yarpaq əmələ gəldikdən sonra 20 gün fasilə ilə 2 dəfə tətbiq olunur. |
Banan | Meyvə özünü tutduqdan sonra 300 ml dozada 20 gün fasilə ilə 2-3 dəfə tətbiq edilir. | 3 l/da meyvə özünü tutduqdan sonra 20 gün fasilə ilə 2-3 dəfə tətbiq olunur. |
Yemiş, qarpız, balqabaq | 100 l suya 250 ml dozada 3-5 yarpaq çıxdıqdan sonra 20 gün fasilə ilə 2-3 dəfə tətbiq edilir. | 2 l/da dozada 3-5 yarpaq çıxdıqdan sonra 20 gün fasilə ilə 3 dəfə tətbiq edilir. |