İstixana bitkiləri tullantılarının emalı Türkiyə iqtisadiyyatına əhəmiyyətli dərəcədə əlavə dəyər qazandırır

27-30 noyabr tarixləri arasında Antalya Expo Centerdə keçirilən  və 32 ölkədən 850-dən çox markanın iştirak etdiyi, 130-dan çox ölkədən 90 mindən çox insanın ziyarət etməsi gözlənilən Growtech – XIX Beynəlxalq İstixana, Kənd Təsərrüfatı Texnologiyaları və Heyvandarlıq Avadanlıqları Sərgisində “Dövri kənd təsərrüfatında istixana bitkiləri tullantıları”mövzusunda panel təşkil olunmuşdur. Kənd Təsərrüfatı sahəsi üzrə müəlliflər və jurnalistlər Dərnəyinin (TAGYAD) rəhbəri İsmail Uğuralın moderatorluğu ilə keçirilən paneldə çıxış edən Akdeniz Universitetinin Əkinçilik Fakültəsinin müəllimi prof.dok. Mustafa Kaplan, Akdeniz Universitetinin Əkinçilik Fakültəsinin müəllimi prof.dok. Orhan Özçatalbaş və“Baumann”ın baş direktoru Fatih Akdağ istixana tullantılarının emalı ilə bağlı görüləcək işlər haqqında öz fikirlərini bölüşmüşlər.